Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:53

Vağzalda işlər qaydasına düşüb


Dəmiryol vağzalı - 21 dekabr 2017

Dekabrın 21-də saat 12:00-da polisə Bakı Dəmir Yolu Vağzalı ərazisindəki kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumatın təsdiqini tapmadığı bildirilir.

«Turan» agentliyinin məlumatına görə, axtarışlar başa çatıb, ancaq partlayıcı aşkar edilməyib.

Vağzal, eləcə də binada olan digər obyektlər öz fəaliyyətlərini artıq bərpa ediblər.

Vağzalda axtarış davam edir

Dekabrın 21-də Bakı vaxtı ilə saat 12:00-da polisə Bakı Dəmir Yolu Vağzalının binasında partlayıcının olması barədə məlumat daxil olub.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, artıq iki saatdan çoxdur Fövqəladə Hallar Nazirliyi digər qurumlarla birlikdə binada axtarışa başlayıb.

«İnsanlar Bakı Dəmir Yolu Vağzalının binasından çıxarılıb. Qatarlara bilet satışı dayandırılıb. Axtarış vaxtı Bakı-Sumqayıt qatarının hərəkət qrafiki ilə üst-üstə düşdüyündən, bu qatarların hərəkəti dayandırılıb», - o vurğulayıb.

FHN: Kafelərdən birində…

Bakı Dəmir Yolu Vağzalındakı olaylarla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.

FHN bildirilir ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin növbətçi hissəsinə Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub:

«Görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıblar. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri təhlükəsizlik tədbirləri görüblər. Hazırda axtarış işləri davam etdirilir».

Günün bütün mövzuları

XS
SM
MD
LG