Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 04:53

Prezident iranlı naziri qəbul edib


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 19-da İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzərTAC-ın xəbərinə görə, dövləti başçısı iki ölkə arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. Birgə layihələrin həyata keçirilməsi ilə bağlı yaxşı nəticələrin əldə olunduğunu qeyd edib.

Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin gözlənilən üçtərəfli görüşünə toxunan prezident İlham Əliyev bu görüşlərin önəmini vurğulayıb.

Buna da bax: İran Azərbaycanla yaxın bölgələrdə yeni xəstəxanalar tikir [video]

Söhbət zamanı iki ölkə arasında bank, enerji, nəqliyyat, ticarət, sərmayə qoyuluşu sahələrində əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

Xatırlatma

Dekabrın 20-də Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilməlidir.

Görüşdə üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.

Bu formatda birinci görüş İranda, ikinci görüş Azərbaycanda, üçüncü görüş Türkiyədə keçirilib. Dördüncü görüş isə yenə də İranda gerçəkləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG