Keçid linkləri

2018, 24 Yanvar, çərşənbə, Bakı vaxtı 02:17

Avropa Birliyi (AB) ilə Qırğızıstan yeni ikitərəfli sazişlə bağlı danışıqlara başlayıblar.

AB dekabrın 19-da elan edib ki, qurumun xarici siyasət rəhbəri Federica Mogherini və Orta Asiya ilə münasibətlərinə nəzarət edən departamentin direktoru Luc Devigne Qırğızıstan xarici işlər nazirinin müavini Emil Kaikiev-lə danışıqlar aparıblar.

Mogherini deyib ki, noyabrda Bişkekə səfəri zamanı qırğız rəsmiləri “mənimlə iddialı islahat planlarını, demokratiyanın gücləndirilməsi, şəffaflıq və yaxşı idarəçiliyin irəli aparılması, yeni iqtisadi imkanlara sadiqliklərini paylaşıblar”.

Yeni saziş 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Razılaşmasını əvəzləyəcək. AB bildirir ki, bu sənəddə siyasi əməkdaşlığa, ticarət və investisiya münasibətlərinə, davamlı inkişafı dəstəkləyən iqtisadi əməkdaşlığa diqqət ayrılacaq.

AB Qırğızıstanın qonşusu Qazaxıstanla ötən il yeni razılaşma bağlayıb. Hər iki ölkənin Moskvayla sıx münasibətləri var və Avrasiya İqtisadi Birliyinin üzvləridirlər. Bu qurumun aparıcı üzvləri Rusiya, Qazaxıstan və Belarusdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG