Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 18:15

Rusiya bir norveçlini casusluqda şübhəli bilərək saxlayıb. Onun həbsdə olan bir rusiyalıdan məxfi sənədlər aldığı iddia olunur.

Frode Berg dekabrın 6-da Moskvanın Lefortovo Dairə Məhkəməsinin qərarıyla həbsə atılıb. Məlumatı “Interfax” xəbər agentliyi məhkəmənin sözçüsü Yekaterina Krasnova-ya istinadla yayıb.

Berg qərardan apellyasiya şikayəti verib, amma hələlik, şikayətə nə vaxt baxılacağı bəlli deyil

Rusiya media orqanları adı çəkilməyən mənbələrə istinadla yazırlar ki, Berg-in üstündə Rusiya donanması barədə məxfi material aşkarlanıb. Onun həmin məlumatı Norveç və ABŞ kəşfiyyat agentliklərinə ötürməyi planlaşdırdığı iddia olunur.

Interfax-a görə, Rusiya hakimiyyəti iddia edir ki, Berg-ə məxfi informasiyanı rusiyalı Aleksei Zhitnyuk verib. O, noyabrın sonunda vətənə xəyanət ittihamıyla saxlanıb.

Norveç mediası 62 yaşlı Berg-in keçmiş sərhəd müfəttişi olduğunu, Norveç Xarici İşlər Nazirliyinin ona yardım etməkdən ötrü çalışdığını qeyd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG