Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 16:35

“Rusiya Qərbdə ixtilaf yaratmaq istəyir”


Mark Sedwill

Rusiya Britaniya, Fransa və digər Qərb ölkələrində “ixtilaf yaratmaq” və demokratiyanı sarsıtmaq istəyir, bundan ötrü propaqandaya, təxribata və kiberhücumlara əl atır. Bunu Britaniyanın milli təhlükəsizlik müşaviri deyir.

Mark Sedwill dekabrın 18-də parlament komitəsində çıxışında deyib ki, Rusiyadan hədələrə dezinformasiya kampaniyaları, Şimali Atlantik regionu və Şərqi Avropada hərbi iştirakın gücləndirilməsi daxildir.

“Bilirik ki, Rusiyadan təhdid artır və şaxələnir. Rusiyanın Qərbə münasibəti pisləşib və bunun davam edəcəyi görünür”, – Sedwill deyib.

Onun sözlərinə görə, Rusiya NATO əsgərlərinin Şərqi Avropada davranışına dair mediada saxta məlumatlar yayıb, məqsəd onların legitimliyinə zərbə vurmaq olub.

Sedwill həmçinin Rusiyanı Fransada son seçkilərə müdaxilədə ittiham edib, ancaq bu müdaxilənin seçkinin nəticəsinə təsir göstərmədiyini açıqlayıb.

“Məqsəd vətəndaşların sistemlərinə inamını sarsıtmaq idi, bunu başqa yerlərdə də görürük”, – o deyib.

Sedwill Britaniyanın Rusiyanın kiberhücumuna necə cavab verəcəyini açıqlamayıb. Ancaq onun sözlərinə görə, Britaniyanın Rusiya üzərində bir üstünlüyü var – NATO müttəfiqlərini çağıra bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG