Keçid linkləri

2018, 20 Yanvar, şənbə, Bakı vaxtı 23:30

Rumınlar məhkəmə dəyişikliklərinə etiraz edir


Rumıniyada etirazlar, fevral, 2017-ci il

4 mindən çox rumın şaxtalı havada paytaxt Buxarestin küçələrinə çıxaraq hakim partiyanın ədliyyə sisteminə planlaşdırdığı dəyişikliklərə etiraz edib. Tənqidçilər bu planın hüququn aliliyinə təhlükə yaratdığını bildirirlər.

Dekabrın 17-də keçirilən etiraz aksiyasında nümayişçilər “Oğrular!”, “İstefa verin!” şüarları səsləndiriblər, hökumət binasından parlamentə doğru irəliləyiblər.

Ölkə senatı dekabrın 18-də cinayət məcəlləsinə dəyişikliklərin müzakirəsinə başlayır. Planı hakim Sosial Demokratik partiya irəli sürüb.

Plana qarşı çıxanlar hələ ilin əvvəlindən etirazlara başlayıblar. Ancaq parlamentin aşağı palatası ötən həftə layihəni qəbul edib.

Senat da təsdiqləsə, qanunvericilik prezident Klaus Iohannis-ə göndəriləcək. Amma o, dəyişikliklərə qarşı çıxdığını açıqlayıb.

Avropa Komissiyası, ABŞ Dövlət Departamenti, mərkəzçi Iohannis, minlərlə hakim bu qanunvericiliyə qarşıdır, bununla ədliyyə sisteminin siyasi nəzarət altına alınacağını bildirirlər.

Hökumətsə iddiaları rədd edir, kommunist erasından bəri mövcud sistemin modernləşdiriləcəyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG