Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 08:28

Rusiyalı səfirin ölümünə görə daha bir şübhəli saxlanıb


Mevlut Mert Altintas, səfiri güllələyəndən sonra

Türkiyə mediası yazır ki, ötən il Rusiyanın bu ölkədəki səfirinin qətliylə əlaqədar yeni şübhəli saxlanıb.

Dekabrın 13-də yayılmış məlumatlara görə, keçmiş polis əməkdaşı Ramazan Yucel Ankarada dindirildikdən sonra saxlanıb.

Rusiyanın səfiri Andrei Karlov ötən il dekabrın 19-da Ankarada foto sərgisində çıxışı zamanı öldürülüb. Ona atəş açan “Hələbi unutmayın” qışqırıb, Rusiyanın Suriya münaqişəsində iştirakına dair başqa sözlər səsləndirib.

Türkiyə rəsmiləri Karlov-u 22 yaşlı Mevlut Mert Altintas-ın vurduğunu bildiriblər. Altitas daha sonra polis tərəfindən hadisə yerində güllələnib.

Qətllə əlaqədar dövlətə məxsus TRT televiziyasının keçmiş prodüseri Hayreddin Aydinbas noyabrda saxlanıb.

Türkiyə rəsmiləri qətllə bağlı bir neçə şübhəlinin də saxlandığını bildiriblər

Günün bütün mövzuları

XS
SM
MD
LG