Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:20

Sankt Peterburqdakı partlayışda təqsirləndirilən məhkum edildi


Partlayışda şübhəli sayılan Abror Azimov

Rusiyanın Sankt Peterburq şəhərində məhkəmə apreldə metrodakı partlayışla əlaqəli saxlanan şəxsi məhkum edib.

Qırğızıstandan olan Obod Abdyraimov 16 nəfərin ölümüylə nəticələnmiş partlayışı törətdiyini bildirib. O, İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasına üzvlər topladığını deyib.

Məhkəmə dekabrın 14-də ona 5 il həbs kəsib.

Müstəntiqlərin deməsinə görə, Abdyraimov cəlb etdiyi şəxslərdən biri Qırğızıstan etnik özbək Makhamadyusuf Mirzaalimov olub, o, partlayışda şübhəli bilinir.

Aprelin 3-də qırğız millətindən olan 22 yaşlı rusiyalı Akbarjon Jalilov metroda bomba partladıb, özü və 15 sərnişin həlak olub. Hadisəylə bağlı Orta Asiyadan olan 10 nəfər saxlanıb.

Rusiya İstintaq Komitəsi şübhəlilərin hücumun planlaşdırılması və icrasında əli olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG