Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 19:38

Birləşmiş Ştatların Alabama ştatından Senata seçkidə Demokrat Partiyasının namizədi respublikaçı rəqibini məğlub edib.

Doug Jones-un gözlənilməz qələbəsi prezident Donald Trump-a zərbə sayılır. Trump respublikaçı Roy Moore-u dəstəkləyirdi.

Seçki kampaniyasında respublikaçı namizədə qarşı seksual hərəkətlərlə bağlı iddialar səslənirdi.

Bu qələbə həm də senatda Respublikaçılar Partiyasının çoxluğunun 51-49 nisbətinə düşməsi deməkdir. Eyni zamanda Demokratların 2018-ci ilin noyabr seçkilərində çoxluğu yenidən əldə etmək şanslarını artırır.

Dekabrın 13-də səhər bülletenlərin 99 faizi sayılandan sonra Jones 1,5 faizlik fərqlə öndə olub, amma Moore məğlubiyyətini etiraf etməyib.

Alabama ştatının katibi isə deyib ki, nəticəni nəyinsə dəyişəcəyi “real görünmür”.

Bir neçə qadın Moore-a qarşı onları seksual təqib və hücuma məruz qoyma ittihamları səsləndiriblər. Dediklərinə görə, onlar həmin vaxt zaman yeniyetmə, Moore isə 30 yaşlarında olub.

70 yaşlı, mühafizəkar xristian olan Moore federal qanuna məhəl qoymadığı üçün iki dəfə Alabama Ali Məhkəməsindən uzaqlaşdırılıb. Amma o, özünə qarşı iddiaları rədd edib.

63 yaşlı Jones keçmiş federal prokurordur, ağdərili irqçilərin Ku Klux Klan təşkilatının üzvlərinə qarşı 1963-cü il kilsədə bomba partlayışına görə istintaqı aparıb. Həmin hadisədə dörd qız həlak olmuşdu.

Seçki, senator Jeff Sessions fevralda baş prokuror təyin olunandan sonra onun Senatda boş qalmış yerinə keçirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG