Keçid linkləri

2018, 20 Yanvar, şənbə, Bakı vaxtı 01:10

Azərbaycan prezidenti İlham Əliyev bu gün, dekabrın 12-si Türkiyəyə səfər edib.

Bu haqda ölkə başçısının rəsmi internet səhifəsi xəbər verir.

Xəbərdə səfərin işgüzar məzmun daşıdığı bildirilir.

İ.Əliyevi səfərə Türkiyəli həmkarı Receb Tayyib Erdoğanın dəvət edib. Azərbaycan prezidenti İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısında iştirak etməlidir.

Toplantı dekabrın 13-də keçiriləcək.

Dekabrın 9-da Türkiyə və Azərbaycan prezidentləri telefonla danışmışdılar. Erdoğan İlham Əliyevi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət etmişdi.

Prezident İ.Əliyev dəvəti qəbul etmişdi.

Həmin vaxt verilən rəsmi məlumatda bildirilirdi ki, dövlət başçıları ABŞ Prezidenti Donald Trump-ın Qüdslə bağlı qərarını yanlış hesab etdiklərini bildiriblər. Bunun Yaxın Şərqdə təhlükəli fəsadlara səbəb ola biləcəyini deyiblər.

Dekabrın 6-da ABŞ prezidenti Donald Trump Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Bununla bağlı hələ Bill Clinton ABŞ prezidenti olarkən qanun imzalansa da, bunun icrası təhlükəsizlik baxımından ertələnirdi.

Bu qərar bölgədə yəhudi-ərəb qarşıdurmasına və bəzi islam ölkələrində narazılığa səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG