Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:10

Deputat oğlunun şikayəti ilə tutulan jurnalist məhkəmə qarşısında


Hakim

«BakıPost» internet nəşrinin baş redaktoru Elçin Zahiroğlunun məhkəməsi başlayıb. CM-nin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə ittiham olunan jurnalistin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində İradə Həsənzadənin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Dekabrın 11-də məhkəmənin hazırlıq iclasında təqsirləndirilən jurnalist haqqında anket məlumatları dəqiqləşdirilib, iş məhkəmə baxışına verilib.

E.Zahiroğlu 2017-ci ilin iyulunda deputat Elmira Axundovanın oğlu Həbib Axundovun şikayəti əsasında tutulub. Onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. H.Axundovu onun haqqında rüsvayedici məlumat yaymaqla hədələyib, ondan pul tələb etməkdə suçlanan sayt rəhbəri bir neçə gün saxlandıqdan sonra buraxılıb. İbtidai istintaq və məhkəmə dövrü üçün onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG