Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 00:36

Dövlət Fitosanitar Nəzarət Xidməti (DFNX) ölkə fermerlərinə müraciət ünvanlayıb.

Müraciət xüsusi təhlükəli zərərvericilərdən sayılan mərmər bağacığı ilə bağlıdır.

«Adıçəkilən zərərvericinin qonşu Rusiya və Gürcüstan ərazilərində geniş yayıldığını nəzərə alaraq, bu, Azərbaycan ərazisində də yayıla bilər. Əhaliyə diqqətli olmağı və bənzər zərərverici müşahidə edildikdə, DFNX-in yerli qurumlarına müraciət etməyi tövsiyə edirik», - xidmətin xəbərdarlığında belə yazılır.

Xidmətini açıqlamasına görə, mərmər bağacığı meyvə ağaclarından, alma, armud, ərik, şaftalı, xurma, əncir, fındıq və sitrus bitkilərinin bütün növlərinə ziyan vura bilər.

Bundan başqa, bu ziyanvericinin tərəvəz bitkilərindən pomidor, xiyar, bibər, eləcə də bəzək və dekorativ bitkilərin bütün növləri ilə də qidalanaraq, ciddi zərər vurmaq qabiliyyətinə malik olduğu bildirilir.

«Alma və armud ağaclarında nekroz əmələ gətirir, meyvələri yararsız hala salır. Fındıq, qoz ağaclarında meyvələrin inkişafı dövrünə zərər vurmaqla məhsulun kəmiyyət və keyfiyyətcə pisləşməsinə səbəb olur», - müraciətdə qeyd edilir.

Xəbərdarlıqda zərərverici ilə mübarizədə kimyəvi mübarizədən istifadə tövsiyə edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG