Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:00

İran fələstinlilərə dəstək təklif edir


Fələstinli qız İsrail qüvvələriylə toqquşmalar zamanı, 11 dekabr, 2017-ci il

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) komandiri fələstinli yaraqlılara müqavimət hərəkatlarında “tam dəstək” təklif edib. Söhbət ABŞ prezidenti Donald Trump-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarına qarşı çıxan yaraqlılardan gedir.

Korpusun xarici əməliyyatlar qanadına rəhbərlik edən general Qassem Soleimani bu təklifi İslamçı CihadIzz Al-Deen Qassam briqadalarının fələstinli komandirlərinə edib. Qassem onlarla dekabrın 11-də telefonla danışıb.

*** Buna da bax: Putin və Erdoğan Trump-ın Yerusəlim qərarına qarşıdırlar

İSRAİLƏ DÖRD RAKET ATILDIĞI BİLDİRİLİR

Həmin briqadalar Qəzza zolağına nəzarət edən Hamas yaraqlı qruplaşmasının silahlı qanadlarıdır. Xəbəri Korpusun “Sepah News” vebsaytı yayıb.

Dekabrın 11-də Qəzza zolağından İsrailə raketlərin atıldığı, birini İsrailin raketdən müdafiə sisteminin tutduğu bildirilir. Bu məlumatı isə İsrail ordusu açıqlayıb.

Ordu bu hücuma cavabında Hamasın zolaqdakı hərbi mövqelərini tank və təyyarə atəşinə tutduğunu bildirir.

Trump Qüdsü İsrailin paytaxtı kimi tanımaqla bağlı qərarını dekabrın 6-da açıqlayıb. Bundan sonra baş vermiş toqquşmalarda azı dörd fələstinli həlak olub. Ancaq dekabrın 11-də itkilərin baş vermədiyi bildirilir.

İran ordusunun baş qərargah rəisi, general Mohammad Baqeri dekabrın 11-də deyib ki, Trump-ın Qüdslə bağlı “axmaq addımı” yeni intifadanın, Fələstin qiyamının başlanması hesab oluna bilər.

*** Buna da bax: Ərəb Dövlətləri Liqası Fələsitinin sərhədlərini tanımağa çağırdı​

İRANIN XƏBƏRDARLIĞI

İranın müdafiə naziri, briqada generalı Amir Hatami isə bu addımın yalnız “sionist rejimin məhvini sürətləndirəcəyini, müsəlmanların birliyini ikiqat artıracağını” bildirib, dövlət mediası belə yazıb.

Suriya və İraqda vuruşan İran qüvvələrinə komandirlik edən Soleimani-nin sözlərinə görə, regiondakı bütün müqavimət qrupları Qüdsdəki Al-Aqsa məscidini qorumağa hazırlaşır. Bu məscid islam dinində üçüncü müqəddəs məkan sayılır.

Soleimani-nin hərbçiləri Suriya prezidenti Bashar al-Assad-ı sünni müsəlman üsyançılara qarşı müharibədə dəstəkləməkdədir.

İran ötən həftə Trump-ın Qüds qərarını sərt tənqid edib və bu qərarın fəsadları olacağını bildirib. Prezident Hassan Rohani deyib ki, bu müqəddəs şəhər “ancaq siyasət demək deyil”.

*** Buna da bax: ABŞ bildirir ki, Trump Yerusəlim qərarına baxmayaraq sülhə sadiqdir

Trump-n qərarı bütün dünyada müsəlmanların etirazını doğurub. Fələstinlilər Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı kimi görürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG