Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 18:15

Bankların aktivləri 16 faiz azalıb


2017-ci ilin 10 ayında Azərbaycanda fəaliyyət göstərən 31 bankın aktivləri 5 milyard 127.9 milyon manat və ya 16.3 faiz azalıb. Hazırda aktivlər 26 milyard 311.6 milyon manat həcmindədir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının bilgilərində belə yazılır.

Hesabat dövründə bankların öhdəlikləri 6 milyard 314.1 milyon manat və ya 21.4 faiz azalıb. Öhdəliklərin hazırda 23 milyard 216.6 milyon manat həcmində olduğu bildirilir.

Göstərilən müddətdə bankların kapitalı isə 3 milyard 95 milyon manat təşkil edib. Artım 1 milyard 186.2 milyon manat olub.

İlin əvvəlindən banklarda əhalinin əmanətləri 181.9 milyon manat və ya 2.4 faiz azalıb, 7 milyard 250,2 milyon manata düşüb.

Hesabat dövründə bank sektorunda işçilərin sayında azalma tendensiyası hakim olub. 10 ay ərzində bank işçilərinin sayı 477 nəfər azalıb. Hazırda bu sektorda 16 min 470 nəfərin çalışdığı bildirilir.

Bu müddət ərzində bank filiallarının sayı 569-dan 556-ya azalıb.

Üstəlik, kredit verilməsinin 4 milyard manat azaldığı bildirilir. Bu rəqəmin noyabrın 1-də 11 mlrd. 707.5 mln. manat təşkil etdiyi aşıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG