Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:30

Azərbaycan Çin şirkətlərini cəlb edirmi?


Azərbaycan prezidenti İlham Əliyev Çin təmsilçisi Meng Jianzu ilə görüşdə, 21 may, 2016-cı il

Sinqapur Çinin birbaşa investisiyaları üçün ən cəlbedici ölkədir. Bu mənada Sinqapur Birləşmiş Ştatları qabaqlayıb.

“Economist Intelligence Unit” 60 böyük iqtisadiyyatın Çin şirkətlərindən ötrü nə dərəcədə cəlbedici olmasının indeksini hazırlayıb.

“China Going Global Investment Index” sonuncu dəfə 2015-ci ildə dərc olunub. İndeks imkanları və riskləri əhatələyən 57 indikator üzrə hazırlanıb.

Azərbaycan 60 ölkə içində 54, Rusiya 11, Qazaxıstan 13, İran 20-ci yerdədir.

Builki indeksdə Malayziya və Qazaxıstanın xeyli önə çıxdığı görünür.

Böyük Britaniya kimi bəzi inkişaf etmiş ölkələrsə geriləyir. Məsələn, Britaniya 29 pillə geri düşüb.

Hindistan və İranın sürətlə inkişaf edən bazarlar olduğu, burada Çin şirkətlərinin rəqabət apardığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG