Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 20:40

Deripaska və “Associated Press” daha çəkişməyəcəklər


Oleg Deripaska

Rusiyalı biznesmen Oleg Deripaska“Associated Press” informasiya agentliyi bir-birinə qarşı məhkəmə iddialarını geri götürüblər. Tərəflər məhkəmə xərclərini qarşılıqlı kompensasiya edəcəklər. “AP” təmsilçilərinin deməsinə görə, söhbət barışıq sazişindən gedir və onlar əvvəlki kimi öz materiallarının etibarlılığına əmindirlər.

Deripaska mayda tələb elədi ki, agentlik onun ABŞ prezidenti Donald Trump-ın seçki qərargahının keçmiş rəhbəri Paul Manafort-la əməkdaşlığı barədə yazısını təkzib eləsin.

“Associated Press” yazmışdı ki, biznesmen bir neçə il ərzində Manaforta ildə 10 milyon dollar verib, ABŞ-da Kremlin və prezident Vladimir Putin-in maraqlarına lobbiçilik edilib.

Deripaska jurnalistləri böhranda suçlayır, 75 min dollar tələb edirdi. Onun sözlərinə görə, Manafort-la yalnız biznes sahəsində əməkdaşlıq olunub.

Məhkəmə oktyabrda biznesmeninin iddiasını rədd elədi. Qərara görə, Deripaska tələbələrini əsaslandıra bilməyib və “AP-nin materiallarındakı faktları” mübahisələndirməyib.

Paul Manafort oktyabrın sonunda FTB-yə təslim olub. O, Ukraynada Regionlar Partiyasıyla əməkdaşlıq edərək ABŞ əleyhinə fəaliyyət göstərməkdə ittiham olunub. Manafort ittihamları rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG