Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 04:59

Məmmədyarovla Nalbandyan yenidən görüşəcək


E.Məmmədyarov və E.Nalbandyan

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı aşıqlanıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama yayıb.

«Razılıq əldə olunub ki, intensiv və substantiv danışıqların davamı kimi 2018-ci il yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilsin. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşün pozitiv və konstruktiv şəkildə keçirildiyini bildirib», - deyə H.Hacıyev vurğulayıb.

Avqustun 6-da Azərbaycan xarici işlər naziri E.Məmmədyarov Avstriyanın paytaxtı Vyanada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparılıb.

Bundan əvvəl isə E.Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri H.Hacıyev deyib ki, bu görüşdə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb. O qeyd edib ki, rəsmi Bakı substantiv danışıqlar vasitəsilə Minsk qrupunun həmsədrləri ilə birlikdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykəndiyi bildirilən «Madrid prinsipləri»ni təklif ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG