Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:32

Putin prezident seçkisində iştirak edəcəyini bəyan etdi


Vladimir Putin könüllülərin tədbirində
Vladimir Putin könüllülərin tədbirində

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, o 2018-ci ildə keçiriləcək seçkidə yeni 6 illik müddətə prezidentliyə namizədliyini irəli sürəcək.

Putin dekabrın 6-da Nijnı Novqorod şəhərində deyib: “Bəli, Mən Rusiya Federasiyası prezidentinin postu uğrunda seçkidə iştirak edəcəyəm”.

***

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin gələn ilin martında prezident seçkisinə gedəcəyinə güclü eyham vurmuş və qərarını tezliklə açıqlayacağını bildirmişdi.

Putin dekabrın 6-da könüllü qrupların mükafatlandırılması mərasimində çıxış edib.

Aparıcı ondan seçkiyə gedib-getməyəciyini soruşub. Putin cavabında soruşub ki, gənc izləyicilər və onlar kimi digərləri onun namizədliyini dəstəkləyərmi.

“Bəli” qışqırıqlarından sonra Putin deyib: “Bu halda, cəmiyyətin dəstəyini nəzərə alaraq yaxın gələcəkdə qərar veriləcək”.

Tədbir dövlət televiziyasıyla canlı yayımlanıb.

1999-cu ildən prezident, yaxud baş nazir postunu tutmuş Putin-in mart seçkisinə gedəcəyi gözlənir.

Onun populyarlığı, hakimiyyətin bütün qollarına nəzarəti və illərlə narazıları susdurması, siyasi opponentlərini sıxışdırması seçkidə qələbəsini təmin edə bilər.

Ancaq Putin 2024-cü ildə prezidentliyə beşinci dəfə namizəd ola bilməyəcək, konstitusiya buna imkan vermir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG