Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 19:43

Növbədənkənar prezident seçkisinin vaxtı qısaldılır


Seçki

Ölkə parlamentinin Seçki Məcəlləsinə dəyişiklik etmək istədiyi bildirilir.

APA-nın xəbərinə görə, dəyişiklik layihəsi növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlıdır.

Xəbərdə vurğulanır ki, Seçki Məcəlləsinin növbədənkənar prezident seçkilərinin keçirilməsi qaydasını müəyyən edən 179-cu maddəsinə dəyişiklik təklif olunur.

Layihəyə əsasən, növbədənkənar prezident seçkiləri təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək. Məcəllənin 179-cu maddəsinə bununla bağlı dəyişiklik təklif olunur.

Layihənin ilkin olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah, dekabrın 7-də keçiriləcək iclasında müzakirəyə çıxarılacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG