Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 09:19

Fars antikvarları müsadirə olunacaqmı


Arxiv fotosu

ABŞ Ali Məhkəməsi qədim fars muzey eksponantlarının müsadirəsiylə bağlı məhkəmə iddiasına skeptik yanaşıb. Söhbət İranın intihar partlayışında iddia olunan roluna görə 71,5 milyon dollarlıq kompensasiyanın ödənməsi üçün muzey əşyalarının müsadirəsindən gedir, dairə məhkəməsi belə bir qərar çıxarıb.

Dekabrın 4-də Ali Məhkəmə bu iş üzrə şifahi arqumentləri dinləyib. İddianı 1997-ci ildə Qüdsə islamçı Hamas silahlı qruplaşmasının hücumunda xəsarət almış bir neçə ABŞ vətəndaşı qaldırıb. Dairə məhkəməsi qurbanların xeyrinə qərar çıxarıb. Onlar İranın Haması dəstəklədiyini bildirirlər və 71,5 milyon dollarlıq kompensasiya almalıdlar.

Ancaq ABŞ apellyasiya məhkəməsi ötən il İranın xeyrinə, bu ödənişə görə antikvarların müsadirə olunmamasına dair qərar çıxarıb.

İndi Ali Məhkəmə hərbi hücum qurbanlarına kompensasiya ödənməsində xarici dövlətin sərvətinin müsadirəsiylə bağlı qərarını verməlidir.

Bu iş üzrə qərar iyunun sonuna gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG