Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 07:21

Dekabrın 4-də ABŞ-ın dövlət katibi Rex Tillerson-un Avropaya səfəri başlanır. Bu səfərdən bir neçə gün öncə media yazdı ki, Ağ ev dövlət katibini vəzifədən kənarlaşdırmaq istəyir.

Tillerson NATO, Avropa Birliyi və ATƏT-in toplantılarına qatılacaq, Brüssel və Vyanada Belçika və Avstriya rəsmiləri ilə görüşlər keçirəcək. O, dekabrın 8-də Parisdə Fransa rəsmiləriylə görüşəcək.

Avstriya paytaxtında ATƏT-in toplantısı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergei Lavrov-la da görüş planlaşdırılır.

Avropa səfərindən öncə Tillerson Vaşinqtonun Avropanın təhlükəsizliyinə sadiqliyini vurğulayıb, özəlliklə də Rusiya, dövlət katibinin sözləriylə desək, “aqressiv davranışı”nı davam etdirərsə.

Noyabrın 28-də Wilson Mərkəzində çıxış edən Tillerson deyib ki, Rusiyanın Gürcüstan və Ukraynaya hərbi müdaxiləsi və Avropa seçkilərinə və siyasətinə təsir göstərmək cəhdləri qəbuledilməzdir.

ABŞ mediasının bir neçə gün öncə yazdığına görə, Ağ ev Tillerson-un Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) rəhbəri Mike Pompeo ilə əvəzləməyi planlaşdırır. ABŞ prezidenti Donald Trump bu xəbərləri “saxta”, Tillerson isə “gülməli” adlandırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG