Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:34

Gürcüstan İstanbul partlayışında şübhəlinin öldürüldüyünü deyir


Akhmed Chatayev

Gürcüstan hakimiyyəti bildirir ki, bu yaxınlarda antiterror əməliyyatında öldürülən silahlılardan biri ötən il Türkiyədə intiharçı hücumunda şübhəli bilinir.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti dekabrın 1-də yaydığı bəyanatda deyir ki, özünü partlatmış silahlı Akhmed Chatayev-dir.

Çeçen ekstremisti olan Chatayev İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının üzvüdür. Türkiyə rəsmiləri onu ötən ilin iyununda İstanbuldakı Ataturk aeroportundakı intiharçı hücumunun mümkün təşkilatçısı adlandırır. Həmin partlayışda 45 nəfər həlak olmuşdu.

Noyabrın 21-22-də Tbilisidə 20 saatlıq antiterror əməliyyatında Gürcüstan xüsusi qüvvələrinin bir üzvü və üç silahlı öldürülüb.

Gürcüstan hakimiyyəti silahlıların sərhədi necə keçdiklərinin araşdırıldığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG