Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:24

Tillerson-la bağlı məlumatlar təkzib olunur


Rex Tillerson (solda) və Mike Pompeo

ABŞ Dövlət Departamenti dövlət katibi Rex Tillerson-un istefaya göndəriləcəyi barədə məlumatları təkzib edib.

Qurumun mətbuat xidmətindən bildirilib ki, Tillerson-un prezident Donald Trump-la fikir ayrılığı baş verib, amma bu, siyasi kursa aid olub.

Daha öncə də ABŞ-ın prezident administrasiyası Dövlət Departamentində hər hansı kadr dəyişiklikləri planlaşdırmadığını bildirirdi.

“The New York Times” qəzeti noyabrın 30-da yazıb ki, Ağ ev Tillerson-u vəzifədən uzaqlaşdırmağı, onun yerinə Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) rəhbəri Mike Pompeo-nu gətirməyi planlaşdırır. Daha sonra Associated Press, Reuters informasiya agentlikləri də bu haqda yazıb.

NBC oktyabrın əvvəlində xəbər verirdi ki, Tillerson Trump-la münaqişə səbəbindən istefaya getməyi planlaşdırır. Telekanal mənbəyə istinadla bildirirdi ki, dövlət katibi iyulda Pentaqonda prezidentlə görüşdən sonra onun haqqında senzuradan kənar sözlər işlədib. Ancaq Tillerson bu informasiyanı təkzib etdi, əvvəlki tək “prezidentı sadiq qaldığını” bildirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG