Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:36

İranda yenə zəlzələ olub


İranın ali dini lideri Ayatollah Ali Khamenei zəlzələ zonasında

Dekabrın 1-də gecə İranın şərqində bir-birinin ardınca iki nisbətən güclü zəlzələ olub.

ABŞ Geoloji Xidməti 6 bal gücündəki birinci titrəyişin Kirman şəhəri yaxınlığında qeydə alındığını bildirir. Bu şəhərdə 821 mindən çox əhali yaşayır.

Zəlzələ 10 kilometr dərinlikdə qeydə alındığından yerüstü təkanların daha güclü olduğu bildirilir.

Cəmi 10 dəqiqə sonra 5 bal gücündə daha bir titrəyiş baş verib.

Kirman rəsmilərindən biri Hossein-Ali Mehrabizadeh dövlət televiziyasına bəzi kəndlərdə dağıntılar olduğunu, ancaq ölən olmadığını deyib.

Tehran Universitetinin seysmoloji mərkəzi birinci zəlzələnin 6,1 bal, afterşokların isə 5,1 və 4 bal gücündə baş verdiyini bildirib.

Cəmi iki həftə öncə İraqla sərhəddəki Kirmanşah vilayətində 7,3 ballıq zəlzələdə 400-dən çox ölən olmuşdu.

1990-cı ildə İranın şimalında 7,4 bal gücündə zəlzələ olmuş, 40 min nəfər ölmüş, 300 min nəfər yaralanmışdı, yarım milyon nəfər evsiz qalmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG