Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:12

Prezident Kosta-Rikadan gələn naziri qəbul edib


Manuel Qonzales Sanz və İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 29-da Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycanda Kosta-Rikanın səfirliyinin açılmasına toxunan Manuel Qonzales Sanz bildirib ki, bu, ölkəsinin strateji qərarıdır. O vurğulayıb ki, Kosta-Rika Azərbaycanı regionda əsas tərəfdaşı kimi qəbul edir.

Görüş zamanı bildirilib ki, iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu, ticarət əlaqələri və kənd təsərrüfatı sahələrində əməkdaşlıqdan ötrü kifayət qədər imkanlar var.

Manuel Qonzales Sanz daha sonra Azərbaycan xarici işlər naziri ilə görüşməlidir. Bakıda Kosta-Rikanın səfirliyinin açılacağı və nazirin bu mərasimə də qatılacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG