Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:34

Serbiya Macarıstana dəmiryol xətti çəkməyə başlayır


Çin, arxiv fotosu

Noyabrın 28-də Serbiya Çinin maliyyələşdirdiyi dəmiryol xətti üzərində işə başlayıb. Bu xətt Pekinin “yeni İpək Yolu” şəbəkəsinin bir hissəsidir, Çinin Avropada nüfuz dairəsini genişləndirməyə xidmət edir.

Layihənin açılışı Belqradın kənarında keçirilib. Bu hadisəylə eyni vaxtda Çinin baş naziri Li Keqiang Budapeştdə serbiyalı və macarıstanlı həmkarları Ana Brnabic və Viktor Orban-la 18 Mərkəzi və Şərqi Avropa ölkə liderlərinin sammitində görüşüb.

Serbiya Belqradla Budapeşt arasındakı dəmiryol xəttinin modernləşdirməyə Çinin Exim Bank-ından 297,6 milyon dollar borc alıb. Yüksəksürətli dəmiryol xəttinin bu hissəsinin cəmi 3,8 milyard dollara başa gələcəyi gözlənir. Bu xətlə Yunanıstanın Piraeus limanına gələn Çin malları Avropanın digər hissələrinə çatdırılacaq.

Ana Brnabic deyib ki, bu dəmiryol layihəsinin Serbiyanı “Avropanın bu hissəsində mərkəzi haba çevirəcəyinə” ümid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG