Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:12

Azərbaycan prezidenti İlham Əliyev bu gün, noyabrın 28-də Tərtər rayonuna səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı əvvəlcə keçmiş prezident Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlət başçısına məlumat verib.

Daha sonra prezidenti İ.Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyindən ötrü inşa olunan yeni binanın açılışında iştirak edib.

Prezidentə məlumat verilib ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılan binalarda yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ötən il muzeyə yeni binanın inşasına başlanılıb.

İkimərtəbəli binada iki ekspozisiya zalı var. Bu zallarda «Təbiət», «Arxeologiya», «Qafqaz Albaniyası», «Orta əsrlər», «Misgərlik», «XIX əsr», «Azərbaycan milli geyimləri», «Ənənəvi ev», «Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrü», «Azərbaycan müstəqillik dövrü», «Qarabağ münaqişəsi» adlı bölmələr qurulub.

Muzeydə ümumilikdə 2000 eksponat var.

Günün bütün mövzuları

XS
SM
MD
LG