Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 16:16

Bağdad yaxınlığına hücumda azı 11 nəfər ölüb


İraq, arxiv fotosu

İraqın paytaxtı Bağdadın cənub-şərq hissəsində törədilmiş hücumda azı 11 nəfər ölüb, 20-dən çox yaralı var.

Daxili İşlər Nazirliyinin sözçüsü noyabrın 27-də deyib ki, iki şəxs Nahravan bölgəsində bir neçə nəfərə atəş açıb, daha sonra biri özünü partladıb, digərini təhlükəsizlik qüvvələri öldürüb.

Polis kapitanının deməsinə görə, beş nəfər Nahravan rayonunda marketə hücum edib. Onlardan üçünü təhlükəsizlik qüvvələri qətlə yetirib, ikisi özünü partladıb.

Hücuma görə məsuliyyəti ekstremist İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərinə götürüb. Qruplaşmanın Amaq xəbər agentliyinin yazdığına görə, İranın dəstəklədiyi Xalq Səfərbərlik “üvvələrinin şiə yaraqlılarını hədəfə alıblar.

İŞİD 2014-cü ilin yayında İraqda və qonşu Suriyada böyük ərazilər ələ keçirib. Ancaq son vaxtlar qruplaşma hər iki ölkədə məğlubiyyətə uğradılır.

Ötən həftə İŞİD İraqda sonuncu şəhərə də nəzarəti əldən verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG