Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:49

Prezident İlham Əliyevin Cinayət-Prosessual Məcəlləsinə düzəlişlər haqda qanun layihəsini parlamentə təqdim etdiyi bildirilir. Düzəlişlərin ev həbsinin tənzimlənməsinə aid olduğu deyilir.

“Turan” Agentliyinin xəbərinə görə, Cinayət Prosessual Məcəlləsinin 163-cü maddəsinə (ev həbsi) əlavələr təklif olunub.

Xəbərdə vurğulanır ki, ev həbsinə məruz qalan şəxsə kütləvi tədbirlər təşkil etmək və onlarda iştirak etmək, məhkəmənin müəyyən etdiyi ərazini tərk etmək, müəyyən şəxslər ilə əlaqə yaratmaq qadağan olunur.

Buna da bax:​ Sahibkarlıq cinayəti ilə bağlı maddələr ‘zənginləşdirilir’

Ancaq narkomaniya, toksikomaniya və zöhrəvi xəstəliklərdən müalicə kursları keçməyə icazə verilir.

Həmçinin, müttəhimin üzərinə zəruri davranış və cəmiyyətdən qismən təcrid olunmanı təmin edən digər öhdəliklər qoyulur.

Şəxs stasionar müalicədən ötrü yerləşdirilərsə müvafiq tibb müəssisəsi ev həbsinin icra olunduğu yer sayılır.

Qanun layihəsinin dekabrın 1-də Milli Məclisin plenar iclasına çıxarılacağı gözlənilir.

Xatırlatma

Ev dustaqlığı təqsirləndirilən şəxsin hüquqlarına həbsdə saxlanmadan və cəmiyyətdən tam təcrid edilmədən bir sıra məhdudiyyətlər qoyulmasıdır.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, ev dustaqlarına yaşayış yerindən tamamilə və ya müəyyən vaxtlarda çıxmağa qadağa qoyulması mümkündür. Habelə onun telefon danışıqları, poçt göndərişləri və müəyyən şəxslərlə ünsiyyət saxlaması məhdudlaşdırıla bilər.

Bundan başqa, qanunvericilik onlara elektron nəzarət vasitələri tətbiq etməyə imkan verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG