Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 12:38

Atambaev-ə “qəhrəman” titulu verilib


Sooronbai Jeenbekov (solda) və Almazbek Atambaev, 24 noyabr, 2017-ci il

Qırğızıstanın yenicə and içmiş prezidenti Sooronbai Jeenbekov sələfi Almazbek Atambaev-ə milli qəhrəman adı verib.

Ölkənin prezident administrasiyası noyabrın 27-də bildirib ki, Qırğız Xalqının Qəhrəmanı və Ağ Şahin Medalı keçmiş prezidentə “qırğız dövlətçiliyinin möhkəmlənməsinə töhfələrinə” görə verilib.

Konstitusiya Atambaev-in ikinci müddətə prezident seçilməsinə imkan verməyib.

Noyabrın 24-də and içmiş Jeenbekov 2016-cı ilin aprelindən 2017-ci ilin avqustunadək Qırğızıstanın baş naziri olub.

Rəsmi nəticələrə görə, o, 15 oktyabr seçkisində səslərin 54 faizini toplayıb. Ancaq tənqidçilər Atambaev-in hakimiyyət resurslarından Jeenbekov-un qələbəsini təmin etmək üçün faydalandığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG