Polşanın Milli Yaddaş İnstitutu (IPN) bildirir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) polyak tarixçini ölkədən heç bir izahat vermədən qovub.
IPN-nin məlumatına görə, professor Henryk Glebocki noyabrın 24-də Moskvada saxlanıb və ona 24 saat ərzində Rusiyada çıxmaq əmri verilib. Bütün bunlar professorun Sankt Peterburqda 1937-1938-ci illər sovet dövrü təmizləmələri haqda mühazirə oxumasından sonra baş verib.
Glebocki-nə Rusiyada arxivlərə çıxış da verilməyib. O, daha öncə həmin mənbələrdən 19-20-ci əsrlərdə Polşa-Rusiya münasibətləri haqda araşdırma apararkən yararlanıbmış.
Rusiya hakimiyyəti bu bəyanatı, hələlik, şərh etməyib.
Oktyabrda Polşa rusiyalı tarixçi Dmitry Karnaukhov-u ölkədən çıxarmışdı, onun Rusiya kəşfiyyat orqanlarıyla əlaqələri olduğunu bildirmişdi.
Rusiya Xarici İşlər Nazirliyi oktyabrda demişdi ki, buna cavab tədbiri görəcək.