Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:05

Noyabrın 23-ü Bakıda «Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası» mövzusunda II Bankçılıq Forumu keçirilir.

Xəbəri Azərbaycan Banklar Assosiasiyası (ABA) yayıb.

Forumun məqsədi maliyyə-bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası, maliyyə dayanıqlığının daha da gücləndirilməsinə dair məsələlər, bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübələrin öyrənilməsidir.

Forumda xarici şokların təsirinin azaldılması istiqamətində görülən işlər və yeni çağırışlar ətrafında müzakirələr nəzərdə tutulur.

Forum noyabrın 24-də işini bitirəcək.

Tədbirin təşkilatçıları ABA, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.

Hazırda Azərbaycanda 32 bank var. Ötən il 11 bank bağlanıb. Bu onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG