Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:50

İşsizlərin 35 faizi gənclərdir


Bağdadda işsiz gənclərin yığışdığı kafe
Bağdadda işsiz gənclərin yığışdığı kafe

Bu il dünyada işsizlərin 35 faizindən çoxunu gənclər təşkil edib. Ötən il gənclər arasında qlobal işsizlik səviyyəsi 13 faiz ətrafında sabitləşsə də, bu il bu rəqəmin 13,1 faizə yüksələcəyi gözlənir.

Beynəlxalq Əmək Təşkilatı “Gənclər arasında Qlobal İş Trendləri 2017” adlı hesabatını açıqlayıb.

*** Buna da bax: İlham Əliyev: 'Çox ölkənin neft yataqları var, ancaq səfalət içində yaşayırlar...'

70,9 MİLYON İŞSİZ GƏNC

Bu il dünyada 70,9 milyon gənc işsiz olub. 2009-cu ildəki böhran pikində bu rəqəm 76,7 milyon idi. Yəni ciddi azalma baş verməsinə baxmayaraq, 2018-ci ildə işsiz gənclərin sayının 200 min nəfər artaraq 71,1 milyona çatacağı gözlənir.

Gənclərin işsizlik səviyyəsində ciddi artım 2010-2016-cı illərdə Şimali Afrika, ərəb ölkələri, Latın Amerikası və Karib bölgəsində qeydə alınıb.

Avropa, Şimali Amerika və Saharaaltı Afrikada isə gənclər üçün iş bazarlarında yaxşılaşma baş verib.

Ümumilikdə götürəndə, iqtisadi artımın işəgötürmədəki yüksəlişlə əlaqəsi itməkdədir. Digər tərəfdən, iqtisadi sabitsizlik gənclərin işlə təminatında əldə olunan uğurlara təhlükə yaradır.

*** Buna da bax: Deputat: 'Nəzərə alsaq ki, bütün dünyada maliyyə böhranı tüğyan edir...'

Hesabatda gənc qadınların əmək bazarındakı zəif mövqeyi də qabarıq əks olunur. Bu il gənc qadınların əmək qüvvəsindəki iştirakının gənc kişilərinkindən 16,6 faiz az olduğu bildirilir. Elə gənc qadınların işsizlik səviyyəsi də gənc kişilərdən xeyli yüksəkdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG