Ratko Mladic 10 hərbi cinayətdə təqsirli bilinərək ömürlük həbsə məhkum edilib.
Bu hökmdən apellyasiya şikayəti verilə bilməz.
İttihamçıların bildirməsinə görə, Mladic-in əsgərləri kişiləri edam üçün ayırıb, qocaları, qadınları və uşaqları isə avtobuslara və yük maşınlarına dolduraraq bosniyalıların nəzarətində olan əraziyə göndərib.
Arxadan güllələnən kişilər və oğlanlar kütləvi qəbiristanlıqlarda basdırılıb. Onlardan 6 min 900 nəfərin kimliyi qalıqlarının DNT testiylə müəyyənləşdirilib, ancaq çoxu hələ də itkin düşmüş sayılır.
Tribunal 2007-ci ildə bu qırğının genosid olmasıyla bağlı qərar çıxarmışdı.
İttihamnaməyə görə, Mladic, Bosniyanın serb lideri Radovan Karadzic və Serbiya prezidenti Slobodan Milosevic-in planının məqsədi Bosniyanı qeyri-serblərdən təmizləmək olub.
Karadzic 2016-cı ildə 40 illik həbsə məhkum edilib. Milosevic isə 2006-cı ildə Haaqada həbsxanada dünyasını dəyişib, onun məhkəməsi hökm çıxarılmadan bitib.
Buna da bax:
***
BMT-nin keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı (ICTY) noyabrın 22-də beş ildir gedən məhkəmə prosesini yekunlaşdıracaq. Bosniyanın keçmiş serb hərbi komandiri Ratko Mladic-ə hökm oxunacağı gözlənir.
Bu, tribunalın çıxaracağı son qərar olacaq. 1993-cü ildə Haaqada yaradılmış məhkəmə 1990-cı illərin əvvəllərində Balkan müharibələrində törədilmiş cinayətləri araşdırırdı.
Düşmənlərinin “Bosniyanın qəssabı” adlandırdığı Mladic 11 soyqırımı, bəşəriyyət əleyhinə və hərbi cinayətlərdə ittiham olunur. Ona ömürlük həbs cəzası kəsilə bilər.
Buna da bax:
Ancaq özü bütün ittihamları rədd edib.
75 yaşlı Mladic 1995-ci ilin iyulunda Serebrenitsada 8 min bosniyalı müsəlman kişi və oğlanın edamının təşkilində suçlanır. Bu, Holokostdan bəri Avropada törədilmiş ən ağır faciə sayılıb.
2-cü dünya müharibəsindən sonra Almaniyada nasist rəhbərliyinin mühakimə olunduğu Nuremberg prosesindən bəri Mladic-in işi ən yüksək profilli hərbi cinayət məhkəməsi sayılıb.
Buna da bax:
Buna da bax: