Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:01

Zimbabve prezidenti 37 illik hakimiyyətdən sonra axır ki istefa verdi


Zimbabve parlamentinin spikeri Jacob Mudenda prezident Robert Muqabenin istefa verdiyini bəyan edib.

Muqabenin məktubunda onun bu addımı könüllü şəkildə atdığı və hakimiyyətin rəvan keçidinə imkan yaratmaq istədiyi bildirilir.

Xəbər verilir ki, qəfil istefa xəbəri parlamentdə hazırlanan impiçment prosesini yarımçıq dayandırıb.

İstefa xəbəri parlamentdə millət vəkillərinin alqışlarına, küçələrdə isə insanların bayram etməsinə səbəb olub.

Zimbabvelilər istefanı bayram edirlər
Zimbabvelilər istefanı bayram edirlər

Bu anadək 93 yaşlı cənab Muqabe dünyanın ən qocaman lideri idi. O ötən həftə ölkədə nəzarət hərbiyyənin əlinə keçdikdən sonra da istefa vermək istəmirdi.

Məktubda 1980-ci ildən bəri hakimiyyətdə olmuş Muqabeni kimin əvəz edəcəyi göstərilməyib.

Konstitusiyaya görə bu hazırkı vise-prezident Fekezela Mpoko olmalıdır. Mpoko Zimbabvenin birinci ledisi Qreys Muqabenin tərəfdarlarındandır.

Lakin politoloqlar prezident postuna Muqabenin bu ay vəzifəsindən qovduğu keçmiş vise-prezident Emmerson Mnanqaqvanın gətiriləcəyini düşünürlər.

Muqabe Mnanqaqvanı qovduqdan sonra bu vəzifəyə birinci ledini gətirməyi planlaşdırırdı.

Lakin nəticə etibarilə bu, prezident Muqabeninin 37 illik hakimiyyətinin ən böyük səhvi oldu.

Spiker Mudenda deyib ki, prezident postu yalnız noyabrın 22-si gecə yarısınadək boş qalacaq.

Xilaskardan diktatora gedən yol

1924-cü il doğumlu Robert Muqabe 1964-cü ildə Rodeziyanın müstəmləkə hakimiyyəti tərəfindən həbsxanaya salınmışdı.

O 1980-ci ildə ilk müstəqillik seçkisində qalib gəlib prezident olmuşdu. O vaxt ona “xilaskar” ləqəbini vermişdilər.

Hakimiyyətini itirməsinə gətirib çıxaracaq Qreys Marufu ilə 1996-cı ildə evlənmişdi.

Muqabe hakimiyyət böhranına səbəb olacaq Qreys Marufu ilə 1996-cı ildə evlənmişdi
Muqabe hakimiyyət böhranına səbəb olacaq Qreys Marufu ilə 1996-cı ildə evlənmişdi

Muqabe 2000-ci ildə referendumda məğlub olduqdan sonra onun silahlı tərəfdarları ağ fermerlərə və müxalifət üzərinə basqınlar etmişdilər.

Muqabe 2008-ci ilin seçkisinin birinci dövrəsində müxalifət lideri Morqan Tsvangiraya uduzmuşdu, lakin müxalifət lideri ölkə boyunca onun tərəfdarlarına edilən basqınlara görə ikinci dövrəyə girməkdən imtina etmişdi.

Buna baxmayaraq iqtisadi iflas Muqabeni Tsvangirayı baş nazir təyin etməyə məcbur etmişdi. Lakin milli birlik hökuməti yalnız 4 il sürmüşdü.

Muqabe 3 il əvvəl 90 yaşını dəbdəbəli ziyafətlərlə qeyd edəndə, sadə zimbabvelilərin əksəriyyəti aclıq və səfalət içində yaşayırdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG