Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 19:01

Bakıda yağış, dağlıq rayonlarda qar gözlənir


Yağış

Noyabrın 22-si havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcəyi, gündüz onun güclü şimal-qərb küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 10-13, gündüz 13-16, Bakıda gecə 10-12, gündüz 13-15 dərəcə isti olacaq.

Qərb rayonlarından başlayaraq arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı bildirilir. Gecə 5-10, gündüz 13-17, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG