Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 14:39

Belarus KGB-si ukraynalı jurnalisti saxlayıb


Pavlo Sharoyko

Belarus Dövlət Təhlükəsizlik Komitəsi (KGB) bildirir ki, bir ukraynalı jurnalisti casusluq ittihamıyla saxlayıb. Jurnalistin hərbi kəşfiyyat agenti olduğu bildirilir.

KGB noyabrın 20-də yaydığı bəyanatda Pavlo Sharoyko-nun oktyabrın 25-də həbs edildiyini vurğulayır.

Bu bəyanatdan 3 gün öncə Ukrayna Milli Jurnalistlər Birliyinin rəhbəri Serhiy Tomilenko Sharoyko-nun "Ukrayna Radiosu"nun müxbiri olduğunu, onun oktyabrın 25-də Belarusda saxlandığını bildirib və azadlığa buraxılmasını istəyib.

Belarus KGB-si Sharoyko-nu Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Direktorluğunun agenti adlandırır və onun jurnalistika adı altında casusluq etdiyini qeyd edir. Bəyanatda iddia olunur ki, Sharoyko Belarusda informasiya toplamaqdan ötrü agentlər şəbəkəsi yaradıb.

İddiaları təsdiqlətmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG