Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 06:20

Putin Assad-la görüşüb


Vladimir Putin (sağda) Bashar al-Assad-la görüşür

Rusiya prezidenti Vladimir Putin noyabrın 20-də Soçidə suriyalı həmkarı Bashar al-Assad-la görüşüb.

Bu görüşdən iki gün sonra isə Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin Suriyada altı ildir gedən vətəndaş müharibəsini dayandırmaqdan danışıqlar aparacağı gözlənir.

BMT-nin sponsorluğuyla sülh danışıqları noyabrın 28-də Cenevrədə keçirilməlidir.

Rusiya televiziyasının yaydığı məlumata görə, Putin-lə Assad görüşdən sonra deyiblər ki, Suriyada terror qruplarına qarşı birgə hərbi kampaniyanı dayandırmağa yaxındırlar. Görünür, onlar İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasını son döyüşlərdə əsas şəhərlərdən çıxarmasını nəzərdən tuturlar.

“Hərbi əməliyyat həqiqətən də sona çatmaqdadır. Məncə, indi əsas məsələ siyasi prosesləri irəli aparmaqdır və sizin sülh yaratmaq və həll yollarını tapmaqdan ötrü hamıyla işləməyə hazır olmanızı görməkdən məmnunam”, – o, Assad-a deyib.

Assad Putin-ə döyüşdə göstərdiyi dəstəyə görə təşəkkür edib və böyük döyüşlərin arxadan qaldığını bildirib. O, müharibəni bitirməkdən ötrü “siyasi həll”ə bağlı işə başlamağa hazır olduğunu söyləyib. 2011-ci ildən Suriyada gedən vətəndaş müharibəsində yüz minlərlə adam həlak olub.

Putin deyib ki, Assad-la danışıqlardan sonra Qətərin əmiri, ABŞ prezidenti Donald Trump və Yaxın Şərq liderləriylə danışıqlar aparacaq.

Rusiya və İran Suriya münaqişəsində Assad-ı, ABŞ və Türkiyə isə hökumətə qarşı vuruşan üsyançı qrupları dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG