Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 15:22

Havada tozun artacağı gözlənir


Bakını toz basıb
Gözlə
Embed

No media source currently available

0:00 0:00:51 0:00

Bakını toz basıb (Arxiv)

Bu gün, noyabrın 21-i ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələri belə düşünməyə əsas verir:

«Buna səbəb ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısamüddətli toz-dumanının daxil olmasıdır. Toz-dumanının ölkənin cənub bölgəsindən Xəzər dənizi sahili boyunca Abşeron yarımadasına qədər irəliləyəcəyi ehtimal olunur».

Nazirlik bildirir ki, noyabrın 22-si axşam saatlarında Abşeron yarımadasında tozun havada miqdarının sanitar norma daxilində olacağı təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG