Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:36

Amerikada ad çıxarmış məhkum Charles Manson həbsxanada dünyasını dəyişib. 83 yaşlı Manson həbsdə yarım əsrə yaxın keçirib.

Həbsxana rəsmiləri onun noyabrın 19-da Kaliforniyada xəstəxanada öldüyünü bildirir.

Manson yeddi nəfərin qətlinin təşkilində təqsirli bilinib.

Onun Manson Ailəsi adlandırılan ardıcılları 1969-cu ildə Hollivudun hamilə aktrisası, rejissor Roman Polanski-nin həyat yoldaşı Sharon Tate-ı, daha sonra Los Ancelesdə daha 6 nəfəri öldürüblər.

Prokurorların fikrincə, məqsəd buna görə qaradərili amerikalıların günahlandırılması və Birləşmiş Ştatlarda irqi müharibənin alovlandırılması olub.

Manson-un icma üzvlərini nəzarətdə saxlamaqdan ötrü narkotik maddələrdən və öz qeyri-adi xarizmasından istifadə etdiyi bildirilir.

O, özü şəxsən heç kimi öldürməsə də, ardıcıllarına qətllərlə bağlı əmrlər veribmiş.

Qətllərdə təqsirli bilinən Manson 1971-ci ildə ölümə məhkum edilir.

Kaliforniyada ölüm cəzası bu hökm yerinə yetirilməmişdən ləğv olunduqdan onun cəzası ömürlüklə əvəzlənib.

Məhkəmə Manson özünün günahsız, icmasının təqsirkar olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG