Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 18:54

Tikintisi bitməyən mənzilin pulu əvvəlcədən tələb edilə bilməz


Bakıda tikinti

Prezident İlham Əliyev ölkə parlamentinə Mülki Məcəlləyə dəyişikliklər paketi göndərib. Təkliflərin ölkədə tikinti sektorunda olan bəzi mübahisəli məqamların aradan qaldırılması məqsədilə irəli sürüldüyü bildirilir.

Milli Məclisin mətbuat xidməti xəbər verir ki, təkliflər bu gün, noyabrın 17-si Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılıb.

İclas zamanı məlumat verilib ki, hazırda inşası başa çatmayan binalarda mənzillərin alqı-satqısı ilə bağlı problemlər mövcuddur. Üstəlik, mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi çatışmazlıqlar meydana çıxıb. Dəyişiklik təkliflərinin həmin problemlərin aradan qaldırılmasına yardım edəcəyi qeyd olunub.

Buna da bax: Sənin aldığın mənzil daha birisinə satılıbsa... [video]

Təkliflərə görə, tikintisi başa çatmayan çoxmənzilli binalarda mənzillərə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində təminat qeydi aparılmalıdır.

Bundan başqa, mənzillərin satışı zamanı mülkiyyətçi torpaq sahəsi barədə alıcının xeyrinə təminat qeydini notarius və daşınmaz əmlakın dövlət reyestri vasitəsilə aparmalı olacaq. Bu qeyd şəffaf şəkildə, elektron qaydada, mülkiyyətçinin reyestrə birbaşa müraciəti olmadan həyata keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG