Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:08

Ukrayna baş prokuroruyla bağlı istintaq gedir


Yuriy Lutsenko, arxiv fotosu

Ukraynada nüfuzlu baş prokuror Yuriy Lutsenko-ya cinayət işi açılıb, o, qanunsuz varlanmada şübhəli bilinir.

Cinayət işini oktyabrın 30-da Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) açıb, orderi isə Kiyevin Solomyansky rayon məhkəməsi çıxarıb. Bu haqda NABU sözçüsü Svitlana Olifira noyabrın 7-də Azad Avropa/AzadlıqRadiosunun Ukrayna xidmətinə məlumat verib.

Olifira deyib ki, işi məhkəmə qarşısında konkret heç kim qaldırmayıb və hazırda məhkəməöncəsi istintaq gedir.

Ancaq Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych-in dövründə baş prokurorun müavini olmuş Renat Kuzmin Facebook-da yazıb ki, iş onun xahişiylə açılıb.

Yanukovych 2014-cü ilin fevralında, Avromaydan etirazları nəticəsində Rusiyaya qaçıb.

Kuzmin ölkədən həmin ilin iyunundan gedib, o, Lutsenko 2010-cu ildə müxalifətdə olarkən onun qanunsuz həbsində şübhəli bilindikdən sonra belə bir addım atıb.

“Mənim müraciətim əsasında NABU işi qeydiyyata alıb və Lutsenko-nun qanunsuz varlanmasıyla bağlı cinayət işi açıb”, – Kuzmin NABU-ya göndərdiyi məktubun surətini də postuna əlavə edib.

Lutsenko hələlik, NABU-nun təhqiqatıyla bağlı danışmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG