Keçid linkləri

2018, 24 Yanvar, çərşənbə, Bakı vaxtı 16:03

Ünvanlı yardım alanlar 30 faiz azalıb


Bu ilin 9 ayında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 2 mlrd. 524.5 mln. manat vəsait yönəldilib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu bildirib.

Fondun açıqlamasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 196.9 mln. manat və ya 8.5 faiz çoxdur. Vəsaitin 97.3 faizini pensiya xərcləri təşkil edib.

Bu il oktyabrın 1-də ölkədə 1 milyon 325.7 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da əhalinin 13.6 faizi deməkdir.

Təyin olunan aylıq pensiyaların orta məbləği 203.7 manat olub. Bu, keçən illə müqayisədə 6.5 faiz artım deməkdir.

Ölkədə 98.3 min aztəminatlı ailənin 404.6 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb. Bir nəfərə düşən orta aylıq məbləği 36 manat təşkil edib. Cari ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 27.5 faiz azalıb.

Bu ilin 9 ayında isə ölkədə ərzağın qiyməti rəsmi məlumatlara görə, 18 faizə yaxın artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG