Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 19:01

Atambaev Qazaxıstanın yardımından imtina edir


Almazbek Atambaev

Qırğızıstan prezidenti Almazbek Atambaev Qazaxıstandan 100 milyon dollarlıq yardım nəzərdə tutan razılaşmanı ləğv edib. Bu yardım Bişkekə gömrük infrastrukturunu Avrasiya İqtisadi Birliyi standartlarına uyğunlaşdırmağa veriləcəkdi.

Qırğızıstan prezidentinin vebsaytında noyabrın 16-da dərc olunmuş məlumatda deyilir ki, Qazaxıstan hökumətinə bu qanun barədə məlumat veriləcək.

Qırğızıstan birliyə 2015-ci ilin avqustunda qoşulub. Rusiyanın rəhbərlik etdiyi ticarət blokuna Qazaxıstan, Belarus və Ermənistan da daxildir.

Qazaxıstan 100 milyon dolları ayırmağa ötən ilin dekabrında razılaşıb və ilk tranş bu ilin sonunadək ayrılmalıydı.

İki ölkənin münasibətləri son aylar pisləşib, Atambaev Astananı öz ölkəsindəki 15 oktyabr prezident seçkisinə müdaxilədə ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG