Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:20

3 min 500 dolların varsa...


Illüstrativ foto
Illüstrativ foto

Qlobal sərvət 16,7 trilyon ABŞ dolları artaraq 280 trilyon dollara çatıb. Bu, 2012-ci ildən bəri ən sürətli, 6,4%-lik artımdır. “Credit Suisse” tədqiqat təşkilatının Qlobal sərvət 2017adlı hesabatında belə deyilir.

Bu yüksəliş səhm bazarında, eləcə də qeyri-maliyyə aktivlərində artımla izah olunur. İlk dəfədir artım böhrandan öncəki 2007-ci il səviyyəsinə qalxır.

*** Buna da bax: Azı 1 milyonu olanların sayı artır

10 FAİZ 88 FAİZƏ SAHİBDİR

Qlobal sərvət əhali artımını da ötüb keçib, adambaşına 4,9% yüksələrək 56 min 540 dollara çatıb.

Hesabatda qeyd olunur ki, 2007-ci ildən bəri 8 milyon 740 min yeni milyonçu yaranıb.

2022-ci ilədək qlobal sərvətin 341 trilyon dollara çatacağı proqnozlaşdırılır.

Ancaq maraqlısı odur ki, dünyadakı sərvətin yarısı dünya əhalisinin 1 faizinin əlindədir, qlobal maliyyə böhranından bəri onların payı kəllə-çarxa vurub.

2001-2008-ci illərdə dünya zənginlərinin 10 faizinin payı azalmışdı, böhrandan sonra əks tendensiya baş verib.

“Dünyanın yetkin əhalisinin yarısının əlində qlobal sərvətin 1 faizindən də azı cəmləşib. Ən varlı 10 faizsə qlobal aktivlərin 88 faizinin sahibidir”, – hesabatda deyilir.

*** Buna da bax: DSK: 'Əhalinin ən aşağı gəlirli 10 faizinin aylıq gəliri 1,50 manat artıb...'

BƏRABƏRSİZLİK

“2017-ci ilin ortasında borcları çıxandan sonra kiminsə 3 min 582 dolları qalırdısa, dünyanın ən varlı sakinlərinin ikinci yarısına qatıla bilirdi. Amma qlobal zənginlərin ilk 10 faizini sırasına düşməkdən ötrü adamın 76 min 754 dolları, 1 faizi arasında olmaq üçünsə 770 min 368 dolları olmalıdır”, – sənəddə vurğulanır.

Hesabatda sərvətin dünya üzrə paylanmasındakı bərabərsizliyə də diqqət çəkilir.

Məsələn, qeyd olunur ki, Çində yetkinlik yaşında olanların çoxu yuxarı orta sinifə aiddir. Bunun əksinə, Hindistan sakinləri sərvət bölgüsünün ikinci yarısındadır.

Afrika da siyahının dibində yer alıb, burada böyüklərin 40 faizdən çoxu axırdan iki onluqda yerləşir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG