Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:16

2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə 32 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında yazılır.

Məlumatda vurğulanır ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3.4 faiz artıb, neft sektorunda isə 5.9 faiz azalıb.

«Sənaye məhsulunun 70 faizi mədənçıxarma sektorunda, 24.8 faizi emal sektorunda, 4.4 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal olunub. 0.8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun payına düşür», - məlumatda vurğulanır

DSK bildirir ki, mədənçıxarma sektorunda neft hasilatı 7.2 faiz, əmtəəlik qaz hasilatı isə 2.6 faiz azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG