Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:23

Sechin məhkəmədən bildiriş almayıb- YENİLƏNİB


Igor Sechin

Rosneftin rəhbəri məhkəməyə getməyib.

Hakimsə bildirib ki, şirkətin qərargahında bildirişi qəbul etməyiblər.

Bildiriş “Sechin-in Rosneft-dəki iş yerinə göndərilib. İşçilər onun qəbul etməkdən imtina ediblər”, – deyən hakim bildirişim elektron poçtla da göndərildiyini vurğulayıb.

AzadAvropa/AzadlıqRadiosu yazır ki, bu məsələ prezident Vladimir Putin-ə yaxın dairələr içindəki rəqabəti önə çıxarır.

***

Rusiyanın Rosneft dövlət neft şirkətinin rəhbəri bu gün məhkəməyə ifadə verməyə çağrılsa da, ona hələlik bildiriş gəlməyib.

Igor Sechin noyabrın 13-də keçmiş iqtisadiyyat naziri Aleksei Ulyukayev-in məhkəməsində şahid kimi ifadə verməyə çağrılıb. Amma sözçüsü deyib ki, ona bildiriş gəlməyib.

“O, bildiriş almayıb”, – Mikhail Leontyev deyib.

Rusiya xəbər agentlikləri yazırlar ki, sözçü Sechin-in məhkəməyə gedib-getməyəcəyi barədə sualı birbaşa cavablandırmayıb.

Sechin uzun müddət prezident Vladimir Putin-in administrasiya rəhbərinin müavini olub, indi də onun yaxın müttəfiqi sayılır.

Ulyukayev indiyədək Rusiyada həbs olunmuş ən yüksəkçinli məmurlardan sayılır. O, Sechin-dən 2 milyon dollar rüşvət qoparmaqda ittiham olunur. Əvəzində nazirlik Rosneft-in regional Bashneft neft şirkətində böyük pay almasını təsdiqləyəcəkmiş.

İttihamçılar Ulyukayev-in Sechin-dən bir çamadan nağd pul alarkən tutulduğunu deyirlər. O, ötən ilin noyabrında saxlanıb, Putin də onu dərhal işdən çıxarıb, hazırda ev dustağıdır.

Avqustda başlanan məhkəmədə Ulyukayev təqsirli olmadığını deyib. O, Sechin-i və Federal Təhlükəsizlik Xidmətini (FSB) ona tələ qurmaqda ittiham edib, deyib ki, çamadanda şərab şüşələrinin olduğunu düşünüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG