Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:37

İrandan Azərbaycana daxil olan yük maşınında qumbara aşkarlandığı bildirilir.

Bu barədə, bu gün, noyabrın 13-ü Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

«Yoxlama zamanı Azərbaycan vətəndaşı Əkbərağa Həşimovun idarə etdiyi «Kamaz» markalı nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə döşəyin altında döyüş sursatı hesab edilən «Ф-1» markalı 1 ədəd əl qumbarası aşkar edilib», - məlumatda vurğulanır.

Faktla bağlı araşdırma getdiyi deyilir.

DGK-nin bu açıqlamasına hələlik Ə.Həşimovun vəkili və ya yaxınlarının münasibətini almaq mümkün olmayıb. İttihamın qəbul edilib-edilmədiyi bilinmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG