Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:48

Rusiyayla müsbət münasibətin olması “yaxşı şeydir” və Moskva Ukrayna, Şimali Koreya və Suriya böhranlarının həllində, eləcə də qlobal terrorçuluqda mübarizədə “böyük yardım” göstərə bilər. Bunu ABŞ prezidenti Donad Trump noyabrın 12-də Twitter-də yazdığı silsilə postlarda qeyd edib.

Hanoyda keçirdiyi mətbuat konfransında Trump demişdi ki, Moskvaya “çox ağır sanksiyalar qoyulub” və “indi parçalanmış və sınmış dünyanı müalicə etməyin zamanıdır”.

Birləşmiş Ştatlar Rusiyanın ötən il bu ölkədə prezident seçkisinə iddia olunan müdaxiləsindən dolayı Rusiyaya sanksiyalar qoyub. Daha öncə Qərb ölkələri Rusiyanın Ukraynaya təcavüzünə görə Moskvanı sanksiyaya məruz qoymuşdu.

Trump sanksiyalarla bağlı əlavə bir söz deməyib, onların yüngülləşdirilməsiylə bağlı da hər hansı təklif verməyib.

O, ABŞ kəşfiyyat agentliklərinin dəyərləndirməsinə, eyni zamanda Rusiya prezidenti Vladimir Putin-in seçkiyə müdaxiləni təkzib etməsinə də inandığını yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG