Noyabrın 11-i "Naxçıvanqala" Tarix-memarlıq muzey kompleksində "Arıçılıq məhsulları-bal festivalı" başlayıb.
“Şərq qapısı” qəzetinin xəbərinə görə, festivalda muxtar respublikanın bütün rayonlarından olan 210 arıçı iştirak edir. Onlar vərəmum, çiçək tozu, güləm, arı südü və digər arıçılıq məhsulları təqdim ediblər.
Hazırda muxtar respublikada arı ailələrinin sayının 70 mindən çox olduğu bildirilir.
Festival noyabrın 12-dək davam edəcək. Arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları - bal” nominasiyası üzrə müsabiqə keçiriləcək.